Sankt-Peterburqda 13 yaşlı məktəbli güllələndikdən sonra tibbi yardıma ehtiyacı olub.
SİA xəbər verir ki, bu barədə Sapa Telegram kanalı məlumat yayıb.
Hadisə Nepokorennıx prospektində baş verib. Oğlan dostları ilə gəzirmiş, amma bir anda sağollaşəblar və uşaq evə gedib. Şagird yerli təhsil müəssisəsinin yanından keçərkən paralel sinifdən olan bir qrup uşağın diqqətini çəkib. Şagirdlərdən biri köhnə münaqişələrə görə oğlana “danışmağa” çalışıb.
Onlara məhəl qoymayan uşaq, uzaqlaşmaq istəyib. Başqa bir gənc onu çağırıb və pnevmatik tapança ilə ona bir neçə dəfə atəş açıb. Güllər uşağın sifətinə dəyib, amma gözündən yan keçib.
Hazırda cinayətkarlar axtarılır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə