Belçikalı sürrealist rəssam Rene Maqrittin “İşıq imperiyası” adlı tablosu Nyu-Yorkda “Christie's” hərracında 121,2 milyon dollara satılıb. SİA xəbər verir ki, bu, ilin əvvəlindən bəri satılan sənət əsərləri üçün rekord qiymətdir. Maqritt tərəfindən 1954-cü ildə çəkilmiş tablonu anonim şəxs telefon vasitəsilə alıb. “İşıq imperiyası” ağaclarla əhatə olunmuş evləri təsvir edən eyniadlı 17 rəsm seriyasıdır
Bütün xəbərlər Facebook səhifəmizdə