ABŞ-nin seçilmiş prezidenti Donald Tramp türkəsilli amerikalı həkim və aparıcı Mehmet Özü “Medicare” və “Medicaid” Xidmət Mərkəzinə sədr təyin edəcək. SİA xəbər verir ki, bu barədə siyasətçi sahibi olduğu "Truth Social" sosial şəbəkəsində bəyanat yayıb. “Həkim Özlə uzun illərdir tanışam və əminəm, o, Amerikada hər kəsin ən yaxşı səhiyyə xidmətini alması üçün mübarizə aparacaq ki, ölkəmiz yenidən Böyük və Sağlam olsun!”, – Tramp qeyd edib.
Qeyd edək ki, ürək-damar cərrahı və televiziya siması olan Öz, Trampın dəstəyi ilə 2022-ci ildə Pensilvaniyada Senata namizəd olsa da, uğur qazana bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə