Banqladeşdə ildırım vurması nəticəsində 9 nəfər ölüb

Banqladeşdə ildırım vurması nəticəsində 9 nəfər ölüb

Banqladeşdə ildırım vurması nəticəsində azı 9 nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölüm halları Sunamqanc, Maulvibazar və Silhet dairələrinin müxtəlif rayonlarında qeydə alınıb. Hadisələrin əksəriyyəti bazar günü kənddə insanların tarlada işlədiyi vaxt baş verib.

Qeyd edək ki, Banqladeş 2016-cı ildə ildırım vurmasını təbii fəlakət elan edib. Son bir neçə ildə bu ölkədə hər il yüzlərlə insan məhz ildırım vurmasından ölür.

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə