"Azərbaycan Qafqazda güclü dövlətlərdən biridir" - MİLLƏT VƏKİLİ DANIŞDI

“Prezident İlham Əliyevin “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransındakı çıxışı və suallara cavabları böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, burada Azərbaycanın geosiyasi mənzərəsinə təkcə baxış deyil, eyni zamanda bir növ yol xəritələri müəyyən olunurdu: “Həmçinin cənab Prezident konfrans zamanı Türkiyə dövləti ilə olan münasibətlərimiz barədə də söhbət açdı. Prezident İlham Əliyev qeyd etdi ki, kim Türkiyə dövlətinə qarşı hərbi əməliyyat törətsə biz hər zaman Türkiyənin yanında olacayıq. Gürcüstan, İran və Rusiya ilə olan münasibətlərimiz barədə də söhbət açıldı. Biz BMT-də insan hüquqları ilə İran əleyhinə qətnamə qərar qəbul edildiyi zaman Azərbaycan dövləti qoşulmadı. Məhz bu baxımdan İran dövlət bizə qarşı münasibətlərini yaxşılaşdırmağa çalışmalıdır. Ancaq görünən odur ki, onlar bizə qarşı çox etinadsız yanaşırlar. Azərbaycan Qafqazda güclü dövlətlərdən biridir. Biz ölkə olaraq bütün dövlətlərlə münasibətlərimizi balanslı şəkildə həyata keçirdirik”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə