...2026-cı ilin ikinci rübündə elektrikli nəqliyyat vasitələrinin satışları Avropa, Cənub-Şərqi Asiya və Latın Amerikasında əhəmiyyətli dərəcədə artıb, Çin və Şimali Amerikada isə bazar daralıb.
SİA xəbər verir ki, bu, Beynəlxalq Enerji Agentliyinin “Qeyri-müəyyənlik Zamanında Elektrikli Avtomobil Bazarları” hesabatına əsasəndir.
...Mart-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə elektrikli nəqliyyat vasitələrinin satışları artıb:
-Latın Amerikasında 132 faiz;
-Çin istisna olmaqla Asiya-Sakit Okean bölgəsində 101 faiz; --Cənub-Şərqi Asiyada 62 faiz;
-Avropada 33 faiz.
Eyni zamanda, Çində elektrikli nəqliyyat vasitələrinin satışları 16, ABŞ və Kanadada isə 22 faiz azalıb.
Beynəlxalq Enerji Agentliyi azalmanın səbəbləri kimi hökumətin dəstək siyasətindəki dəyişiklikləri, tələbatın zəifləməsini və avtomobil bazarının ümumi daralmasını göstərir.
Daxili satışların azalmasına baxmayaraq, Çin elektrikli nəqliyyat vasitələri sektorunda liderliyini qoruyub saxlayıb: ilin birinci yarısında Çin elektrikli avtomobil ixracatı 120 faizdən çox artıb.
Beynəlxalq Enerji Agentliyi qlobal elektrik avtomobillərinin satışlarının 2026-cı ilə qədər təxminən 10 faiz artaraq 23 milyon nəqliyyat vasitəsinə çatacağını gözləyir.
Onların payı 29 faizə çata bilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB