...1964-cü il istehsalı olan Shelby Cobra Daytona kupesi hərraca çıxarılıb.
Bu əfsanəvi idman avtomobili tarixdəki ən bahalı Amerika avtomobilidir. Shelby Cobra Daytona-nın ən azı 25 milyon dollara satılacağı gözlənilir.
SİA-nın əldə etdiyi məlumata görə, idman avtomobili hazırda ən bahalı Amerika avtomobili (22 milyon dollar) rekorduna sahib olan Duesenberg SSJ-nin rekordunu qırmaq üçün hər cür şansa malikdir.
Məşhur model Gooding Christie's hərrac saytında nümayiş etdirilib. Daytona, əfsanəvi Shelby Cobra-nın nadir yarış versiyasıdır və təkmilləşdirilmiş kupe kuzovuna malikdir. Carroll Shelby onu yarışda məğlubedilməz Ferrari 250 GTO-ya meydan oxumaq üçün xüsusi olaraq yaratmışdır.
İndiyə qədər yalnız altı Shelby Cobra Daytona kupesi istehsal olunub.
Onlar Ford Mustang-dan 4,7 litrlik V8 mühərriki ilə təchiz olunmuşdu və gücü 385 at gücünə qədər artırılmışdı. 4 pilləli mexaniki transmissiya ilə bu yüngül (1043 kq) idman avtomobili 0-dan 100 km/saat sürətini 4 saniyəyə yığa və 318 km/saat maksimal sürətə çata bilir.
Şassi nömrəsi CSX2300 olan bu xüsusi avtomobil seriyada üçüncüdür.
1965-ci il mövsümündə Reymsdə keçirilən Fransa Qran Prisində sinifində ikinci, Sebrinq, Daytona və Nürburqrinqdə isə üçüncü yeri tutdu. Bu, Şelbi və Fordun Ferrari-ni məğlub etməsinə və Dünya GT Çempionatını qazanmasına kömək etdi.
Daha sonra Şelbi Cobra Daytona 1966-cı ildə iki yarışda qalib gəldiyi Yaponiya Çempionatında iştirak etdi.
O, motorsport karyerasına 1968-ci ildə son qoydu. 1975-ci ildən 1998-ci ilə qədər bu idman avtomobili Kerroll Şelbi Kolleksiyasında saxlanıldı və 2003-cü ildə tam bərpa edildi. Shelby Cobra Daytona dəfələrlə vintage avtomobil sərgilərində və yarışlarında nümayiş etdirilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)


USD
EUR
GBP
RUB