Telefonun proqram təminatı dəstəyi başa çatdıqda istifadəçiləri hansı təhlükələr gözləyir? - TEXNOLOQ AÇIQLADI
Bu gün insanlar yeni telefon alarkən əsasən kamera, yaddaş və ya prosessora diqqət yetirirlər. Halbuki ən vacib göstəricilərdən biri də cihazın neçə il proqram təminatı və təhlükəsizlik yeniləmələri alacağıdır. Çünki telefonun proqram dəstəyi başa çatdıqdan sonra o işləməyə davam etsə də, əvvəlki qədər təhlükəsiz olmur. Çünki insanların çoxu proqram təminatı dəstəyinin bitməsini telefonun artıq işləməyəcəyi kimi başa düşür. Əslində belə deyil.
Bu sözləri SİA-ya texnoloq Elvin Həsənov deyib.

O bildirib ki, telefon işləməyə davam edir, zəng etmək, internetə girmək və tətbiqlərdən istifadə etmək də mümkündür:
“Problem görünməyən hissədə yəni təhlükəsizlə bağlı olur. Hər gün dünyada minlərlə yeni kibertəhlükə aşkarlanır. İstehsalçılar bu boşluqları təhlükəsizlik yeniləmələri ilə bağlayırlar. Amma telefon artıq dəstək almırsa, həmin boşluqlar açıq qalır. Bu isə kibercinayətkarların köhnə cihazları hədəf seçməsini asanlaşdırır. Xüsusilə bank tətbiqləri, elektron poçt və şəxsi məlumatlar olan telefonlarda bu risk daha böyükdür. Digər tərəfdən, proqram təminatı köhnəldikcə telefon tədricən rəqəmsal mühitdən geri qalmağa başlayır.
Yeni tətbiqlər və funksiyalar müasir əməliyyat sistemləri üçün hazırlanır. Bir müddətdən sonra bəzi proqramlar ümumiyyətlə köhnə versiyalarda işləmir və ya təhlükəsizlik səbəbindən dəstəyi dayandırılır.
Mən hesab edirəm ki, xüsusilə mobil bankçılıqdan istifadə edən, onlayn ödənişlər edən və iş məqsədilə telefonunda həssas məlumat saxlayan şəxslər proqram dəstəyi başa çatmış cihazlardan istifadə etməyə davam edərkən daha diqqətli olmalıdırlar. Çünki söhbət təkcə telefonun sürətindən deyil, şəxsi və maliyyə məlumatlarının təhlükəsizliyindən gedir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB