Bakcell süni intellekt sahəsində növbəti innovativ təşəbbüsünü təqdim edir. Yeni kampaniya çərçivəsində ChatGPT, Claude, DeepSeek və Perplexity kimi aparıcı süni intellekt platformalarında istifadə üçün abunəçilərə hər ay pulsuz internet trafiki təqdim olunacaq.
Bakcell istifadəçiləri süni intellekt texnologiyaları vasitəsilə öyrənmək, araşdırmaq, yaratmaq, işləmək və rəqəmsal tapşırıqları daha səmərəli yerinə yetirmək üçün geniş imkanlar əldə edirlər.
Xidmət bütün Bakcell abunəçiləri üçün standart olaraq aktivdir və əlavə qoşulma tələb etmir. Kampaniya müddətində istifadəçilərə hər ay qeyd olunan süni intellekt alətlərindən istifadə üçün pulsuz internet trafik təqdim olunacaq. Bu təşəbbüs süni intellekt texnologiyalarının gündəlik istifadəsini təşviq etməklə yanaşı, istifadəçilərin rəqəmsal imkanlarını daha da genişləndirir.
Bakcell innovativ həllər vasitəsilə abunəçilərinə müasir rəqəmsal təcrübə təqdim etməklə ölkədə innovasiya və süni intellekt ekosisteminin inkişafına töhfə verir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB