İnstaqram sosial şəbəkəsi striminq platformaları ilə ciddi rəqabətə girməyi planlaşdırır. "TechCrunch"ın yaydığı məlumata görə, platforma bu məqsədlə uzunmüddətli videolar və canlı yayımlar funksiyasını istifadəyə verəcək. Yeni kontent formatları sosial şəbəkənin mobil tətbiqində deyil, xüsusi olaraq televizorlar üçün nəzərdə tutulmuş TV tətbiqində aktivləşəcək.
Instagram gələcəkdə evlərdəki böyük ekranlarda tam möhkəmlənməyi və "Netflix", "Prime Video" kimi nəhəng onlayn kinoteatrların izlənmə müddətini özünə tərəf çəkməyi hədəfləyir. Bu səbəbdən istifadəçiləri yaxın gələcəkdə daha çox çoxseriyalı kontentlər gözləyir. Sosial şəbəkənin TV tətbiqi tezliklə "Samsung" televizorlarında da əlçatan olacaq. Buna qədər isə tətbiq yalnız "Amazon Fire" və "Google TV" cihazlarında mövcud idi.
Yeni xidmət sayəsində izləyicilər konkret müəlliflərə və ya mövzulara olan maraqlarına uyğun olaraq fərdiləşdirilmiş kanallar əldə edə biləcəklər. Bundan əlavə, tətbiqdə üfüqi (horizontal) videolar üçün xüsusi bölmə yaradılacaq və hekayələr bölməsinə baxmaq imkanı da təqdim olunacaq.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB