...Audi şirkəti özünü yalnız Nuvolari kupesi ilə məhdudlaşdırmır və artıq yeni superkarın açıq üstü olan versiyasını buraxmağı düşünür.
Baş direktor Gernot Döllner müsahibəsində kabrioletin həqiqətən də nəzərdən keçirildiyini bildirsə də, ayrıca məhdud sayda buraxılışı təsdiqləməkdən çəkinib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Motor1 yazır.
Lakin o, bunun müstəqil seriya ola biləcəyinə işarə edib. Nuvolari, faktiki olaraq R8-in əvəzedicisi kimi təqdim olunur və brendin ən güclü avtomobili olacaq. İstehsal 499 ədədlə məhdudlaşdırılacaq və satışlara 2027-ci ilin birinci yarısında başlanacağı gözlənilir.
Kupenin baza versiyasının qiyməti təxminən 600.000 avro olacaq. Potensial rodsterin hansı dam növünə - yumşaq dam örtüyünə, yoxsa qatlanan sərt dam örtüyünə malik olacağı hələ də məlum deyil.
Audi artıq digər yeni nəsil layihələrdə bununla bağlı təcrübələr aparıb.
Model brendin yeni dizayn platformasında hazırlanır və Audi-nin emosional idman avtomobillərini yenidən model sırasına qaytarmaq məqsədi daşıyan yenilənmiş strategiyasının bir hissəsi olacaq.
Şirkət həmçinin Nuvolari-nin Volkswagen Group texnologiyaları və Porsche inkişafları ilə əlaqəli olduğunu və bunun onun texniki bazasını və rəqabət qabiliyyətini gücləndirməli olduğunu vurğulayır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB