...SİA-nın əldə etdiyi məlumata görə, may ayında Fransada satılan bütün nəqliyyat vasitələri arasında elektrikli nəqliyyat vasitələrinin payı rekord həddə - 34 faizə çatıb.
Bu, Fransa Avtomobil Assosiasiyasının (PFA) hesabatından irəli gəlir.
...AAA-Data analitik mərkəzinin mütəxəssislərinin fikrincə, yüksək yanacaq qiymətləri elektrikli nəqliyyat vasitələrinin satışını əhəmiyyətli dərəcədə artırıb: yanvar-may ayları arasında elektrikli avtomobillər bazarın 27,8 faizini təşkil edib və yalnız hibridlərdən (50,9 faiz) sonra ikinci, lakin benzin (14,9 faiz) və dizel (2,6 faiz) nəqliyyat vasitələrini xeyli qabaqlayıb.
Tesla Model Y may ayında ən populyar elektrikli nəqliyyat vasitəsi olub.
Onun ardınca Renault 5 E-Tech və Renault Scenic gəlir. Ümumilikdə, Tesla Model Y bütün nəqliyyat vasitələri arasında satışlarda dördüncü yerdədir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB