Opel ən yüksək səviyyəli komplektasiyasında nümayiş etdirilib…

Alman şirkəti Peugeot, Alfa Romeo və Lancia modellərinin komponentlərindən istifadə edib…

...Opel Corsa, on illərdir müştərilər tərəfindən sevilən məşhur Avropa büdcə modelidir. SİA bu barədə xarici saytlara istinad edir.

İstehsalçı bu avtomobilin ən yüksək səviyyəli versiyasını yaratmaq üçün yeni bir yol tapıb.

Premyerasından sonra canlı yayımda nümayiş etdirilib. Electrifying kanalında nümayiş olunan Opel Corsa-nın (Vauxhall Corsa kimi də tanınır) yeni versiyası performansı ilə heyrətləndirib.

Bunun üçün Stellantis qrupundakı Alman şirkəti Peugeot, Alfa Romeo və Lancia modellərinin komponentlərindən istifadə edib.

Yeni Opel Corsa GSE idman hetçbeki 280 at gücünə malik elektrik mühərriki təklif edir.

100 km/saat sürətlənmə 5,5 saniyə çəkir. 2027-ci ilin ən güclü və ən sürətli Opel Corsa GSE bu kompakt modelin sırasında birinci yeri tutacaq.

Kiçik elektrik idman avtomobili standart hetçbekdən bamperləri və təkərləri ilə fərqlənir.

Opel Corsa GSE 350 km məsafə qət edə bilir. Almaniyadan olan kompakt elektrik avtomobili 54 kVt/saatlıq batareya bloku ilə təchiz olunub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə