...Apple şirkəti "Ultra" adlı yeni məhsul kateqoriyası yaradır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg yazır.
Əsas cihazlardan biri MacBook Ultra noutbuku ola bilər.
Bu cihaz OLED ekrana malik olacaq və mövcud MacBook Pro seriyasını birbaşa əvəz etmədən, modellər sırasında fərqli bir yer tutacaq.
Bundan əlavə, gələcək qatlanan iPhone da oxşar şəkildə yerləşdirilə bilər.
Bloomberg-in məlumatına görə, cihazın da "Ultra" brendi altında buraxılması planlaşdırılır. Smartfonun elastik ekranı və bir sıra yeni texnologiyalar sayəsində qiymətinin təxminən 2000 dollar olacağı gözlənilir.
Mediada yer alan xəbərlərdə həmçinin AirPods Ultra simsiz qulaqlıqlarından da bəhs olunur ki, onların daxili kameraları və kompüter görmə imkanları olduğu deyilir.
Bu, ətrafdakı obyektləri tanımaq və səs köməkçisi ilə qarşılıqlı əlaqədə olmaq üçün süni intellektlə işləyən Visual Intelligence texnologiyasından istifadə etməyə imkan verəcək.
Bu cihazların 2026-cı ilin ikinci yarısında, çox güman ki, sentyabr ayında təqdim ediləcəyi gözlənilir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB