3I/ATLAS 'yadplanetli gəmisi'nin ən aydın görüntüləri ortaya çıxır...

Çilinin cənubundakı “Cemini” rəsədxanasının alimləri bu obyektin yadplanetli gəmisi olması ilə bağlı şayiələri təkzib edən 3I/ATLAS-ın ən aydın şəkillərini çəkiblər.

SİA xəbər verir ki, bu barədə Britaniyanın Daily Mail nəşri məlumat yayıb.

“(...) onlar həmçinin göstərirlər ki, cismin Günəşə əks istiqamətdə 3I/ATLAS arxasında uzanan uzun quyruğu var”.

Astronom Mark Norris Britaniya nəşrinə müsahibəsində 3I/ATLAS-ın kometa olduğunu təsdiqləyib.

O, Günəşə yaxınlaşmağın kometaya getdikcə daha çox günəş işığı verdiyini, kometin buraxdığı qazların miqdarını, eləcə də koma və quyruğunu artırdığını vurğulayıb.

Bundan əvvəl Harvard Universitetinin professoru Avi Loeb yaxınlaşan düşmən UFO barədə xəbərdarlıq etmişdi.

Bu bəyanat iyulun 26-da verilib, lakin sonradan RAS SB Günəş-Yer Fizikası İnstitutunun elmi işçisi, İrkutsk Dövlət Universitetinin (ISU) professoru Sergey Yazev tərəfindən təkzib edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə