"Lada", Permdə ən məşhur işlənmiş avtomobil markasına çevrilib

...Perm regionunda ən populyar işlənmiş avtomobillərin reytinqinə yerli “Lada” markalı avtomobillər başçılıq edir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, URA.RU bu barədə mütəxəssislərin məlumatlarına istinadən xəbər verir.

Qeyd olunur ki, “Lada” avtomobilləri bu ilin ikinci rübündə satış lideri olub, yəni ümumi həcmin 30 faizdən çoxu...

Söhbət işlənmiş avtomobillərdən gedir. Sonrakı yerdə xarici brendlər - KIA, Hyundai, Toyota və Renault gəlir.

Onların çox təvazökar bazar payı var - cəmi 5-6 faiz. Analitiklər 2024-cü ilin ikinci rübündə Perm vilayətində işlənmiş avtomobillərə tələbatın dörddə bir artdığını da vurğulyıblar.

Yeri gəlmişkən, “Lada İskra” adlı yeni büdcə modeli iyunun əvvəlində Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) təqdim olunub.

Deyilənlərə görə, avtomobil "texnoloji cəhətdən müstəqil" olduğunu da bəyan edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə