ABŞ Çinin Huawei şirkətinə qarşı təzyiqi artırıb...

...ABŞ prezident administrasiyası bu il bəzi şirkətlərə Çin telekommunikasiya avadanlıqları nəhəngi Huawei-yə mal tədarük etməyə icazə verən səkkiz lisenziyanı ləğv edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Reuters oxuduğu sənədə istinadən xəbər verir.

Qeyd edilir ki, Amerikanın ixrac siyasətinə nəzarət edən ABŞ Ticarət Departamenti bəzi lisenziyaları ləğv etdiyini bildirib. Onların arasında yüksək texnologiyalı avadanlıq istehsalçıları Intel və Qualcomm üçün lisenziyalar olub.

Ekspertlərin fikrincə, belə tədbirlər Vaşinqtonun bütün səylərinə baxmayaraq baş verən Huawei-nin bərpası ilə bağlıdır. Sonuncular isə ABŞ-ın milli təhlükəsizlik səbəbləri ilə bağlıdır.

Əvvəllər bildirilirdi ki, Huawei-nin mart rübündə mənfəəti 2,7 milyard dollara çatıb: yəni artım faktiki olaraq 500 faizdən çox olub. Birinci rübdə satışların 37 faiz artdığı da məlum olub. Qeyd edək ki, lisenziyaların ləğvi Çin şirkətinə qarşı daha sərt tədbirlər tələb edən respublikaçıların təzyiqləri fonunda baş verir.

...Və,.. Huawei telekommunikasiya sənayesinin ən böyük şirkətlərindən biridir. 1987-ci ildə keçmiş Çin Xalq Azadlıq Ordusunun mühəndisi Ren Çjengfei tərəfindən təsis edilib. 2020-ci ilin ikinci rübündə Huawei smartfon satışında Samsung-u geridə qoyaraq dünyada birinci yeri tutub.

Çin Xalq Respublikası Huawei-nin satışlarının 70 faizini təşkil edib. Daha əvvəl Huawei bazara özünün ən büdcəli smartfonlarından birini – Huawei Enjoy 70z-i təqdim etmişdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə