Necə deyərlər, "paxıllıq özlərinə qalacaq"..?

Rusiya Federasiyası 20 illik texnologiyalardan istifadə edərək mikrosxemlər istehsalına başlamaq məcburiyyətindədir

...Deməli, Rusiya Federasiyasında beynəlxalq sanksiyalar səbəbindən yaranan mikrosxem çatışmazlığı ruslar 2028-ci ilə qədər öz hesablarına aradan götürmək qərarına gəldilər.

...“The Moscow Times”ın Kremlin təbliğatçılarına istinadən verdiyi məlumata görə, rus hökuməti bu işi “Element” şirkətlər qrupuna daxil olan Zelenoqradın “Mikron” müəssisəsinə həvalə edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, söhbət 65 nanometr texnoloji prosesdən gedir, ona görə Intel 2006-cı ildə Pentium 4-ü istehsal etməyə başlayıb. Eyni zamanda, bu gün yarımkeçiricilər istehsalı üzrə dünya liderləri artıq 2 nanometrlik topologiyanı mənimsəmişlər.

...Hələ 2011-ci ildə Mikron Fransa-İtaliya komponent istehsalçısı STmicroelectronics ilə belə mikrosxemlərin istehsalına başlamaq barədə razılığa gəlib, lakin 2014-cü ildə Krımla bağlı sanksiyalara görə əməkdaşlıq dayandırılıb. Hazırda Mikron 180-90 nm topologiyalardan istifadə edərək yarımkeçiricilər istehsal edir. Bu texnologiya nəqliyyat kartları üçün çiplər, “Əşyaların interneti” avadanlığı, eləcə də dar çeşiddə ümumi təyinatlı prosessorlar istehsal etməyə imkan verir.

Məlumatda belə deyilir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə