Cənubi Koreyalı robot-administrator "intihar edib”..?

Cənubi Koreyanın Qumi şəhərinin bələdiyyə məclisi bildirib ki, onların robot administratoru pilləkənlərdən tullanaraq özünü məhv edib. O, ölkənin ilk intihar robotu ləqəbini alıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə France24 xəbər verir.

Şahidlərin sözlərinə görə, robot tullanmadan əvvəl bir müddət bir yerdə dövrə vuraraq texniki nasazlıqlar barədə məlumat verib. Hadisənin baş vermə şəraiti hələ də müəyyən edilir.

...Bu robot 2023-cü ilin avqust ayından etibarən Şəhər İcra Hakimiyyətində işləyir. O, işçilərə sənədləri çatdırmağa kömək edib, tədbirləri elan edərək yerli sakinlərə məlumat verirdi.

Rəsmilərdən biri qeyd edib ki, robot komandanın tamhüquqlu üzvü olub və çox çalışıb.

Bear Robotics tərəfindən yaradılan robotun öz dövlət işçisi kartı var idi və saat 9:00-dan 18:00-a qədər işləyirdi.

Digər oxşar robotlardan fərqli olaraq, bu robot bir neçə mərtəbəyə xidmət edirdi və müstəqil olaraq lifti çağıra bilirdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə