ABŞ Kosmik Komandanlığı X-a bildirib ki, Rusiyanın “Resurs P1” kosmik gəmisi iyunun 26-da aşağı Yer orbitində 100-dən çox hissəyə parçalanıb və Beynəlxalq Kosmik Stansiya üçün potensial təhlükə yaradır.
SİA-nın əldə etdiyi məlumata görə, “Resurs P1” peyki 2013-cü ilin iyununda orbitə buraxılıb.
Roskosmosun mətbuat xidməti RBC-nin sorğusuna cavab olaraq xatırladıb ki, qurğu iki il əvvəl istismardan çıxarılıb. Tərəflərdən heç biri insidentin təfərrüatlarını açıqlamayıb.
Qeyd edilməlidir ki, orbitdə peyklərin məhv edilməsi ilə bağlı hadisələr müntəzəm olaraq baş verir. Belə ki, ötən ilin avqustunda çoxdan istismardan çıxarılan köhnə sovet peyki “Kosmos” kosmik tullantılarla toqquşduqdan sonra orbitdə parçalanıb.
Yeri gəlmişkən, Birləşmiş Ştatlar 2021-ci ildə Rusiyanı peyklərindən birinə qarşı peyk əleyhinə silah sınamaqda günahlandırıb və nəticədə 1500-dən çox dağıntı müşahidə altında olub. ABŞ Kosmik Komandanlığı o vaxt nadir və potensial təhlükəli "zibil hadisəsi"nin baş verdiyini təsdiqləsə də, təfərrüatları açıqlamadı.
May ayında Pentaqon bildirmişdi ki, Rusiya digər peyklərə hücum edə biləcək aşağı Yer orbitinə peyk yerləşdirib. ABŞ hərbi departamenti ABŞ hökumətinin peyklərinin eyni orbitdə olduğunu bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə