Apple suni intellektə keçə biləcək?

"Apple" öz konfransında çoxdan gözlənilən süni intellekt strategiyasını açıqlayıb. Belə ki, şirkət hazırladığı süni intellekt texnologiyasını "Siri"yə gətirməyi və "OpenAI"nin süni intellekt chatbot "ChatGPT"ni öz cihazlarına inteqrasiya etməyi planlaşdırır. Fərdiləşdirilmiş süni intellekt texnologiyasını inkişaf etdirən bu proyekt "Apple Intelligence" adlanır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bununla belə, investorların "Microsoft"un lider olduğu süni intellekt texnologiyasında "Apple"dan daha irəli addımlar atacağına dair gözləntiləri "Apple" səhmlərinin 2 faiz ucuzlaşmasına səbəb olub.

"Forrester" texnologiya araşdırma şirkətinin analitiki Dipanjan Chatterjee "Reuters"ə bildirib ki, "Apple Intelligence" öz istifadəçilərini kiçik, lakin yararlı olduğu üçün qane edə bilər amma rəqiblərinin səviyyəsinə çata bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə