"İnter" Valentin Bubukinin xatirəsinə həsr olunmuş yarışda iştirak edəcək

"İnter" Valentin Bubukinin xatirəsinə həsr olunmuş yarışda iştirak edəcək
Martın 20-dən aprelin 4-dək Soçidə 1960-cı il Avropa çempionu Valentin Bubukinin xatirəsinə həsr olunmuş uşaq-gənclər futbol turniri keçiriləcək. Siasport.az saytı xəbər verir ki, turnirdə "İnter" klubunun 1999-cu və 2001-ci illərdə anadan olmuş idmançılarından ibarət iki komandası iştirak edəcək.

Turnir Rusiya Futbol İttifaqının himayəsi ilə keçiriləcək. Yarışda Rusiya, Ukrayna və MDB-nin digər ölkələrinin aparıcı uşaq-gənclər komandaları iştirak edəcək. Yarışlar səkkiz yaş dərəcəsi üzrə təçkil olunacaq.

Qeyd edək ki, "İnter" Soçi turnirində əvvəllər də Azərbaycanı təmsil edib və hətta 2009-cu ildə bu mötəbər yarışın qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com