19-20 aprel tarixində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Voleybol Federasiyası və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "İdman" işçi qrupunun təşkilatçılığı ilə sağlam yarış gənclərarası Voleybol turniri keçirilib. SİA-nın məlumatına görə, layihə rəhbəri Zaur Allahverdiyev deyib ki, layihə gənclərin marağına səbəb olub. Qeyd edək ki, turnirdə yalnız qızlardan ibarət komandalar iştirak edib.
Turnir olimpiya sistemi ilə baş tutub. Voleybol turnirində 6 komanda iştirak edib. Turnirin qalibi Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadçı" komandası olub.
Qalib olan "İqtisadçı" komandasının üzvləri diplom, kubok və qiymətli hədiyyələr ilə mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə