Rusiya Prezidenti Vladimir Putin Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümü ilə bağlı keçirilən təntənəli tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət etdiyini jurnalistlərə bildirib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya lideri Azərbaycan Prezidenti və onun xanımını salamladığını dəqiqləşdirib. Moskva ilə Bakı arasında münasibətlərin vəziyyəti ilə bağlı sualı cavablandıran V.Putin qeyd edib ki, ölkələr arasında münasibətlərdə “hazırkı vəziyyətə və ya hansısa siyasi vəziyyətə görə həmişə bəzi suallar yaranır və problemlər var”.
“Lakin mən hesab edirəm ki, Azərbaycan ilə Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq yenə də sonda hər şeyi öz yerinə qoyacaq”, - deyə o vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə