OpenAI-nin məşhur süni intellekt aləti ChatGPT dünyanın bir çox istifadəçisi üçün giriş problemləri ilə üzləşməyə başlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ChatGPT, istifadəçi hesabatlarına görə qlobal giriş problemləri ilə üzləşir. Çoxları deyir ki, botun səhifəsi yüklənmir, əmrlərə cavab vermir və ya çox ləng işləyir.
ChatGPT niyə çökdü?
Sentyabrın 3-ü səhər saatlarında başlayan problemlərlə istifadəçilər ChatGPT-ə daxil olmaqda ciddi çətinliklərlə üzləşiblər. Söhbət pəncərələri açılmayıb, heç bir cavab verilməyib və bəzi istifadəçilər xəta mesajları ilə qarşılaşıblar. OpenAI-nin rəsmi elan səhifəsində kəsinti ilə bağlı hərtərəfli izahat verilməsə də, onların problemlərdən xəbərdar olduqları və onların üzərində işlədikləri bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə