…Kreml ABŞ prezidenti Donald Trampın antiamerikan “sui-qəsd”lə bağlı mesajına cavab verib. Xüsusilə Rusiya hakimiyyəti Ağ Ev rəhbərinin Vladimir Putin, Çin lideri Si Sinpinq və Şimali Koreya diktatoru Kim Çen Inın ABŞ-a qarşı sui-qəsd hazırlaması barədə bəyanatlarının ironik olduğuna ümid etdiyini bildirib.
SİA-nın məlumatına görə, Kremlin müşaviri Yuri Uşakov hökumətin nəzarətində olan Rusiya KİV-lərində dərc olunan şərhlərdə Rusiya, Çin və Şimali Koreya liderlərinin Pekin paradında qəti olaraq sui-qəsd hazırlamadığına inandırıb.
ABŞ prezidenti Donald Tramp Çində keçirilən genişmiqyaslı hərbi paradı yaxından izlədiyini etiraf edib.
Hətta hadisə ilə bağlı fikirlərini Truth Social-da paylaşıb. Xüsusilə Tramp yazıb ki, Çin lideri Si Sinpinə və Çin xalqına “gözəl və uzun bayram günü” arzulayır.
Bununla belə, Tramp Rusiya və Şimali Koreya diktatorları Vladimir Putin və KXDR Kim Çen Inın paradda olmasından inciyib.
…Amerika Birləşmiş Ştatlarına qarşı sui-qəsd hazırlayan Vladimir Putin və Kim Çen Ina səmimi təbriklərimi çatdırın, - Tramp yazıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə