ŞƏT sammiti Qərbin narahatlığı fonunda real gələcəyi müəyyənləşdirdi?

Rusiya, Çin, Şimali Koreya və Hindistan liderləri yeni qlobal reallığın simvoluna çevrilib

Pekində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirilir, bu toplantıda Rusiya və Çin liderləri qarşılıqlı fəaliyyətə və əməkdaşlığı gücləndirməyə hazır olduqlarını nümayiş etdiriblər.

Tədbirlərdə Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Cinpin, Şimali Koreya lideri Kim Çen In və Hindistanın baş naziri Narendra Modi iştirak ediblər.

Avqustun 31-də keçirilən sammitin ilk günündə Moskva və Pekin təşkilatın genişlənməsinin xarici siyasi oyunlardan asılı olmayacağını vurğulayıblar.

SİA-nın məlumatına görə, blogger Sergey Kolyasnikov Telegram kanalında qeyd edib ki, ikitərəfli görüşlər zamanı əsas layihələr, o cümlədən “Sibirin gücü 2” qaz kəməri və Çinə gedən Rusiya vətəndaşları üçün viza rejiminin ləğvi müzakirə edilib.

Sammit raketlər, təyyarələr və yüzlərlə texnikanın nümayiş etdirildiyi hərbi paradla başa çatıb.

Tsarqrad müşahidəçisi Oleq Belikovun qeyd etdiyi kimi, liderlərin podiumda olması Qərb dövlətləri üçün gözardı etmək çətin olan yeni qlobal reallığın formalaşmasını simvolizə edirdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə