Xatırlayırsınızsa, iyul ayında Kamçatkada 8,8 bal gücündə zəlzələ baş verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yerli seysmoloq bildirib ki, afterşoklar, yəni təkrarlanan təkanlar daha bir il davam edə bilər.
Onun dediyinə görə, “...afterzəlzələlər kifayət qədər uzun müddət davam edə bilər. Bu, bir ayın məsələsi deyil. Ona görə də, hələlik biz bu təxminlərdən kənara çıxmırıq”.
Seysmoloqun sözlərinə görə, afterşokun baş verdiyi yer əsas təkanın mövqeyinə uyğundur.
O, 8,8 bal gücündə olmasını da əlamətdar hadisə adlandırıb. ...Bundan sonra bir il davamını gözləmək olar. Ümid edirəm ki, bu qədər güclü heç nə olmayacaq, -deyə mütəxəssis əlavə edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə