ChatGPT-də qlobal çöküş

OpenAI-nin məşhur süni intellekt çatbotu ChatGPT bu gün səhər saatlarından etibarən bir çox istifadəçi üçün əlçatan olmayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, istifadəçilər səhifənin açılmadığını, cavabların gecikdiyini və ya ümumiyyətlə gəlmədiyini bildiriblər.

Problemlər qlobal miqyasda müşahidə olunub. OpenAI-nin rəsmi açıqlamasında geniş izah verilməsə də, şirkət nasazlığın fərqində olduğunu və onun aradan qaldırılması üzərində işlədiyini bildirib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə