Tramp: Putin mövqeyimi bilir, qərarı özü verəcək

Prezident Putinə heç bir mesajım yoxdur.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp polşalı həmkarı Karol Navrotski ilə görüşdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“O, mənim mövqeyimi bilir və qərarı özü verəcək. Biz ya buna sevinəcəyik, ya da narazı olacağıq. Narazı olsaq, nələrin baş verdiyini görəcəksiniz”, - deyə Tramp əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə