Ali məktəblərin boş qalan plan yerlərinə 246 nəfər (o cümlədən 126 nəfər subbakalavr) qəbul olub.
SİA xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) sentyabrın 9-dan 15-dək (saat 18:00-dək) “portal.edu.az” platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə