Çərşənbə günü gecə saatlarında 38 nəfər Belarusdan Litvaya qanunsuz olaraq sərhədi keçməyə cəhd edib.
SİA-nın məlumatına görə, bu barədə DELFI Litva sərhədçilərinə istinadən bildirib.
İlk miqrant qrupu gecə saatlarında Varena rayonunda qeydə alınıb. Əl istehsalı nərdivanları olan 9 nəfəri üzlərini gizlədən iki şəxs sərhədə aparıb - litvalılar güman edirlər ki, onlar Belarus dövlət qurumlarının nümayəndələri ola bilərdilər. Sonra bələdçilər gediblər və miqrantlar nərdivanları tikanlı məftillərlə örtülmüş qoruyucu maneəyə söykəyərək yerləşdiriblər.
Onlar 4,5 m hündürlüyə qalxmağı və daha sonra hasardan tullanmağı planlaşdırıblar.
Miqrantlar hasara yaxınlaşdıqda Litva sərhədçiləri tərəfindən lentə alınıb və dərhal hadisə yerinə gediblər. Sərhədçilərin avtomobilinin işıqlarını görən sərhəd pozucuları nərdivanla qalxmağa belə vaxt tapmayıblar.
Miqrantlar dərhal Belarus ərazisinə qayıdıblar. Sərhədçilər qoyub getdikləri nərdivanları götürüblər.
Daha iki miqrant qrupu Lazdiyski rayonunda aşkarlanıb.
Hər iki halda sərhədçilər dərhal reaksiya veriblər.
Litva ərazisinə keçməyə vaxt tapmayan miqrantlar Belarusun dərinliklərinə çəkiliblər.
Polşa Sərhəd Xidməti son 24 saat ərzində Belarusdan sərhədi qanunsuz keçməyə 110 cəhdin edildiyini bildirir. O da qeyd edilir ki, miqrantlar polşalı patrulçulara daş atıblar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə