Çempionlar Liqasının finalını bu hakimlər idarə edəcək

UEFA Çempionlar Liqasının finalına təyinat alan hakimlərin siyahısını açıqlayıb. SİA xəbər verir ki, PSJ və "Arsenal" komandaları arasında keçiriləcək Çempionlar Liqasının həlledici görüşü Almaniyadan olan hakimlər briqadasına həvalə edilib.
Meydanda baş hakim funksiyasını Daniel Zibert yerinə yetirəcək. Ona VAR otağından həmyerlisi Bastian Dankert köməklik göstərəcək.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə