"Neftçi" "Şamaxı"ya qalib gəldi

Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulub. Sonuncu oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.
Əvvəlcə “Turan Tovuz” öz meydanında “Karvan-Yevlax”ı qəbul edib. Matç Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tura “Neftçi” - “Şamaxı” matçı ilə yekun vurulub. Matç "ağ-qaralar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt klubu 53 xalla 4-cü, bölgə təmsilçisi isə 35 xalla 8-ci pillədədir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə