Azərbaycanın stend atıcısı Dünya Kubokunun finalında

Azərbaycanın stend atıcısı Dünya Kubokunun finalında

Stend atıcılığı üzrə Azərbaycan millisinin üzvü Nurlana Cəfərova Qazaxıstanın Almatı şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.

Azərbaycan Atıcılıq Federasiyasından SİA-ya verilən məlumata görə, o, qadınlar arasında dairəvi stend növündə həlledici mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, turnirə mayın 11-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə