"Qarabağ" "Turan Tovuz"a qalib gəldi

Futbol üzrə Azərbaycan Misli Premyer Liqasının XXX turunda "Qarabağ" "Turan Tovuz"la qarşılaşıb. Ağdam təmsilçisi bu qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb. Hesabı 50-ci dəqiqədə "köhlən atlar"ın heyətində cərimə zərbəsindən Leandro Andrade açıb. 4 dəqiqə sonra Mateus Silva fərqi iki topa yüksəldib. Qərb kollektivinin gücü təsəlli qoluna çatıb. 76-cı dəqiqədə Ayxan Hüseynov uzaq məsafədən vurduğu qüvvətli zərbə ilə yekun hesabı müəyyənləşdirib.

Çempionluq şansını itirən Ağdam təmsilçisi turnir cədvəlində (62 xal) ikinci pillədəki yerini möhkəmləndirib. Bununla da komanda üçüncü sırada yer alan Tovuz klubundan (56 xal) bir qədər də uzaqlaşıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə