"Liverpul"a qalib gəldilər, gələn il Çempionlar Liqasında oynayacaqlar...

Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci turun oyunlarına start verilib. Turun mərkəzi matçında "Mançester Yunayted" doğma "Old Trafford" stadionunda "Liverpul"u qəbul edib. Beş qolun qeydə alındığı matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, "qırmızı şeytanlar" bu qələbə sayəsində gələn mövsüm UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıblar.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə