Futbol üzrə Azərbaycan Misli Premyer Liqasında 30-cu turun oyunları davam edir. Bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb. Ötən tur çempionluğunu rəsmiləşdirən "Sabah" səfərdə "Şamaxı" ilə qarşılaşıb. Matç "Sabah"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandaların ilk dövrədəki oyununda "Sabah" 2:1 hesabı ilə qalib gəlib, ikinci dövrədəki görüşdə isə qolsuz heç-heçə qeydə alınıb.
Günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edib. "Neftçi" ilə 4-cü yer uğrunda mübarizə aparan "Zirə", həmçinin Premyer Liqada qalmağa çalışan "Qəbələ" üçün son dərəcə vacib olan qələbəni Rəşad Sadıqovun komandası əldə edib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB