Bu futbolçu Messinin rekordunu geridə qoydu

"Barselona"nın yarımmüdafiəçisi Pedri komandanın heyətində tarixi rekorda imza atıb. Belə ki, Kataloniya təmsilçisinin "Osasuna"ya 2:1 hesabı ilə qalib gəldiyi matç futbolçu üçün əlamətdar olub. Belə ki, Pedri bu görüşlə "Barselona"nın start heyətində 200-cü oyununa çıxıb.
O, 23 yaş 159 günlüyündə bu göstəriciyə çatmaqla klub tarixində ən gənc futbolçu olub və bununla da Lionel Messinin (23 yaş 227 gün) və Xavinin rekordlarını geridə qoyub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə