Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçiriləcək

Azərbaycan Basketbol Liqasında final seriyasının daha bir oyunu bu gün keçiriləcək.

SİA-nın məlumatına görə, "Sabah" və "Abşeron Lions" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

Bakı İdman Sarayındakı qarşılaşma saat 14:00-da start götürəcək.

Xatırladaq ki, ilk görüşdə "Sabah" qalib gəlib - 98:93. Final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə