Çimərlik futbolu üzrə Azərbaycan millisi Belarusa qalib gəlib

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununu keçirib.

SİA xəbər verir ki, komanda yenə Belarus millisi ilə qarşılaşıb.

Su İdmanı Sarayında təşkil olunan görüş millimizin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Ramil Əliyev, İsa Zeynallı, Bayram Bayramlı və Sahib Məmmədov vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə