"Qarabağ" "Neftçi"-yə uduzdu, "Sabah" Azərbaycan çempionu oldu!! - TƏCİLİ

"Sabah” klubu tarixində ilk dəfə olaraq futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi adını rəsmiləşdirib. Bu gün keçirilən 21-ci turun təxirə salınmış “Neftçi” - “Qarabağ” matçında Ağdam klubu uduzub - 1:2.

Beləliklə, Premyer Liqanın bitməsinə 4 tur qalmış “Sabah”la “Qarabağ” arasında xal fərqi 13 olaraq qalıb. Bu isə o deməkdir ki, son 4 turun nəticəsindən asılı olmayaraq “Sabah” Azərbaycan çempionu adını qazanıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə