Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan avarçəkmə üzrə “Prezident Kuboku 2026” reqatasının ilk yarış günü Suqovuşanda keçirilir.
SİA xəbər verir ki, tədbirdə rəsmi şəxslər və qonaqlar iştirak ediblər.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ərazilərimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 20-dən çox ölkədən 100-dən artıq idmançının mübarizə aparacağı beynəlxalq reqatada ölkələrin adları təqdim olunub.
Gənclər və İdman naziri Fərid Qayıbov hər kəsi salamlayaraq, yarış iştirakçılarına uğurlar arzulayıb: “Bizim üçün bu gün xüsusi bayramdır. Qarabağımızda olan yarışlar mühim əhəmiyyət kəsb. Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunan ərazilərimizdə beynəlxalq yarışların keçirilməsi əsas məqsədlərdən biridir. Bu ənənəvi tədbirdir, artıq 5-ci dəfədir ki, Suqovuşanda reqataya şahid oluruq. Ən güclü qalib gələcək”.
Tədbirin rəsmi hissəsindən sonra su paradı baş tutub. İdmançılar skuterlər vasitəsi ilə Suqovuşanda su üzərində dövrə vurublar.
Xatırladaq ki, “Prezident Kuboku 2026” reqatası Ağdərədə-Sərsəng su anbarında start verilib. Reqataya mayın 1-də yekun vurulacaq.
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB