"Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə

Bu gün futbol üzrə Misli Premyer Liqasında 29-cu tura yekun vurulub. SİA xəbər verir ki, sonuncu oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.

Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Zirə”ni qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Digər oyunda isə “Sabah” “Karvan-Yevlax”la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə