Yevlaxda baş tutan qərb derbisində qalib müəyyənləşməyib

Misli Premyer Liqasının XXIV turunda qərb derbisi baş tutub.

SİA xəbər verir ki, Yevlax şəhər stadionunda üz-üzə gələn "Kəpəz" və "Turan Tovuz" kollektivlərinin duelində qalib müəyyənləşməyib.

Hesabı ev sahiblərindən 55-ci dəqiqədə Rəhman Hacıyev açıb. Qonaqların bərabərlik qolunu isə 61-ci dəqiqədə Joarlem Santos vurub.

Avrokuboklara iddialı "Turan Tovuz" 45 xalla turnir cədvəlinin üçüncü sırasında qərarlaşıb. 17 xala malik "Kəpəz" isə onuncudur.

Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" "İmişli"ni (5:0), "Qarabağ" "Zirə"ni (3:1) məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə