ABŞ döyüş təşkilatı UFC “Paramount” və “CBS media” nəhəngləri ilə 7,7 milyard dollarlıq, 7 illik müqavilə imzalayıb. SİA xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Dana Vayt məlumat verib. Artıq ABŞ-da UFC turnirləri pullu yayım sistemi (PPV) ilə göstərilməyəcək. Digər ölkələrdə vəziyyət barədə hələ rəsmi açıqlama yoxdur. Vayt sosial şəbəkələrdə yazıb: “ABŞ-dakı azarkeşlər ilk dəfə olaraq bütün UFC məzmununa PPV olmadan çıxış əldə edəcəklər ki, bu da ən böyük döyüşlərin izlənməsini daha da əlçatan edir. Bu müqavilə UFC-ni dünyanın ən böyük idman növlərindən birinə çevirir. “Paramount” və CBS tərəfindən təqdim olunan yayım bizim idmançılarımız və bu idmanı sevən hər kəs üçün böyük qələbədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB