Türkiyə Superliqasının I turunda keçirilməsi planlaşdırılan üç oyun təxirə salınıb. SİA xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
"Fənərbağça" - "Alanyaspor", "Kayserispor" - "Beşiktaş" və "Karagümrük" - "Başakşehir" qarşılaşmaları başqa tarixdə keçiriləcək.
Qeyd edək ki, "Fənərbağça" UEFA Çempionlar Liqasının, "Beşiktaş" ilə "Başakşehir" isə Konfrans Liqasının təsnifat mərhələsində çıxış edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB