Türkiyə Superliqasında ilk turun üç oyunu təxirə salınıb

5 Avqust 2025 17:01 (UTC+04:00)

Türkiyə Superliqasının I turunda keçirilməsi planlaşdırılan üç oyun təxirə salınıb. SİA xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

"Fənərbağça" - "Alanyaspor", "Kayserispor" - "Beşiktaş" və "Karagümrük" - "Başakşehir" qarşılaşmaları başqa tarixdə keçiriləcək.

Qeyd edək ki, "Fənərbağça" UEFA Çempionlar Liqasının, "Beşiktaş" ilə "Başakşehir" isə Konfrans Liqasının təsnifat mərhələsində çıxış edirlər.