"Barsa”nın qapıçısı bu FOTONU paylaşıb görün nə yazdı

"Barselona”nın qapıçısı Voytsex Şensnı İspaniya kubokunun final oyununda sonra qazandığı kubokla foto paylaşıb. SİA xəbər verir ki, fotoda onun həmyerlisi Robert Levandovski də var. Şensnı sosial şəbəkədəki səhifəsində yazıb: “Mənə karyeramı bitirdikdən sonrakı həyatla bağlı xəbərdarlıq edildi… Məncə, o qədər də pis deyil”. 2024-cü ilin payızında 35 yaşlı qolkiper karyerasını başa vurduğunu elan etdikdən sonra futbola qayıtmaq qərarına gəlib. Barselona təmsilçiləri agentləri ilə əlaqə saxlayaraq, onu geri qayıtmağa razı salıblar. Bu mövsüm kataloniyalılar polşalı qolkiperin iştirakı ilə keçirilən bütün turnirlərdə 23 matçda uduzmayıb. Bu mövsüm Şensnı bütün turnirlərdə “Barselona”nın heyətində 25 oyun keçirib, 24 qol buraxıb və 13 oyunda qapısını toxunulmaz saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə