"Bundan sonra baş tutacaq bütün oyunlar bizim üçün əhəmiyyətlidir" - Voleybolçu AÇIQLADI
“Pley-off öncəsi hər bir oyun bizim üçün önəmlidir”. SİA xəbər verir ki, bunu “Azərreyl”in voleybolçusu Cavid Əzimov Yüksək Liqada XIV turunda qarşılaşdıqları MOİK-lə oyundan sonra federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
Hücumçu "quru hesablı" qələbələrini şərh edib: “MOİK-lə qarşılaşma gərgin və maraqlı oldu. Sonda 3:0 hesabı ilə qalib gəldik. Bundan sonra baş tutacaq bütün oyunlar bizim üçün əhəmiyyətlidir. İnanıram ki, məşqçimizin verdiyi tapşırıqları məşqdə və matçda düzgün yerinə yetirsək, çempion olacağıq”.
Qeyd edək ki, 31 xalla turnir cədvəlinin ikincisi olan “Azərreyl” lider “Murov Az Terminal”dan 3 xal geridə qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə